Modern.az

Abdulla Gül prezidentliyi Ərdoğana güzəştə gedə bilməsindən danışdı

Abdulla Gül prezidentliyi Ərdoğana güzəştə gedə bilməsindən danışdı

Təhsil

8 Aprel 2014, 16:01

Türkiyə prezidenti Abdullah Gül Keniyanın dövlət başçısı Uhuru Kenyatta ilə birlikdə mətbuat konfransında jurnalistlərin avqust ayında keçiriləcək seçkilərdə yenidən namizəd olub-olmayacağı ilə bağlı sualları cavablandırıb. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, “Prezidentliyə namizədliyiniz mövzusunu bu həftə açacaqsınızmı? Sizinlə əlaqədar olaraq Bayburt düsturu danışılır. Əgər müddət sizi oraya aparsa, bunumu seçərsiniz, yoxsa erkən seçkidən yanamı olar seçiminiz” sualına bu cavabı verib:
“Yerli seçkilərdən sonra prezidentlik seçkiləri keçiriləcəyinə görə, artıq mövzunun müzakirə ediləcəyini, bu işlə bağlı danışılacaq dedim. Elə də reallaşdı, realist olmamız lazımdır. Təbii ki, şəxsimlə əlaqədar da söz mövzusu olduğu üçün oturub yoldaşlarımla danışacağam, Hörmətli baş nazir başda olmaq üzrə, ona görə bir qərar verəcəyimizi də söylədim. Təkrar da söyləyirəm. Təbii ki, şəxsimlə əlaqədar mövzularda mənim nə düşündüyüm əhəmiyyətli olacaq”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı