Modern.az

Binəqədinin icra başçısı daha bir xanıma vəzifə verdi

Binəqədinin icra başçısı daha bir xanıma vəzifə verdi

تحصیلات

15 Aprel 2014, 13:54

Bakının Binəqədi rayonu İcra Hakimiyyəti daha bir xanıma vəzifə verib. Modern.az Binəqədi rayonu İcra Hakimiyyətinin saytına istinadən xəbər verir ki, Aytac Pərviz qızı Əliyeva Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi təqdim edilib.

İcra başçısı Xaləddin İsgəndərov bununla bağlı müvafiq əmr imzalayıb. Yeni  təyinatın Prezident İlham Əliyevin dövlət orqanlarında gənclər siyasətinin uğurla həyata keçirilməsinin bariz nümunəsi olduğu qeyd edilir.

Modern.az xatırladır ki, icra başçısı Xaləddin İsgəndərov bundan öncə daha iki xanıma vəzifə verib. Aygün Əliyeva icra başçısının müavini,  Nuridə Allahyarova isə Binəqədi rayonu İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı