Modern.az

Monteneqro parlamentinin sədri Azərbaycanda rəsmi səfərdədir

Monteneqro parlamentinin sədri Azərbaycanda rəsmi səfərdədir

Education

16 Aprel 2014, 07:01

Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç ötən gün Azərbaycana səfərə gəlib. 

ANS PRESS-in xəbərinə görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Monteneqro parlamentinin sədrini Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.

Monteneqro parlamentinin sədri Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə müsahibəsində Azərbaycana həm ATƏT PA-nın prezidenti, həm də Monteneqro parlamentinin sədri kimi böyük məmnuniyyətlə gəldiyini bildirib. 

“Dünyanın ən böyük Parlament assambleyalarından biri olan ATƏT-in Parlament Assambleyasının növbəti sessiyası Bakıda keçiriləcəkdir. Bu qərarın qəbul edilməsinə görə mən Azərbaycan hökuməti və parlamentinə minnətdarlığımı bildirirəm. Bu, Azərbaycan üçün əlamətdar hadisə olacaqdır. Səfərim həm də Monteneqro və Azərbaycan arasında yüksək səviyyədə olan siyasi və iqtisadi əlaqələri genişləndirmək məqsədi daşıyır”.

ATƏT PA-nın prezidentinin ölkəmizdə bir sıra görüşlər keçirməsi nəzərdə tutulur.

 

  Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı