
Rusiya prezidenti Vladimir Putin bu gün rusiyalıların birbaşa efirdə onun yanında yeni birinci ledinin nə vaxt görünəcəyi ilə bağlı suala da cavab verib. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, Putin sulala cavabında deyib ki, özü haqqında birinci arvadını ərə verəndən sonra fikirləşəcək:
“Mənə əvvəlcə birinci arvadım Lyudmila Putinanı ərə vermək lazımdır, bundan sonra özüm haqda düşünərəm”.
Qeyd edək ki, Vladimir və Lyudmila Putinlər 2013-cü il iyunun 6-da qarşılıqlı razılaşma əsasında boşandıqlarını bəyan ediblər.
Modern.az