Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə keçiriləcək prezident seçkiləri barədə danışıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, R.T. Ərdoğan hazırkı prezident Abdulla Güllə aralarında olan fikir ayrılıqları haqqında iddialara cavab verib. Onun sözlərinə görə A. Güllə aralarında heç bir problem yoxdur. . “Mənim Türkiyə prezidenti Abdulla Güllə aramızda hər hansı bir problem olmaz”. Lakin baş nazir bu açıqlaması ilə zidd təşkil edəcək bir cümlə də işlədib. “Ölkəmizdə xaos yarada biləcək addım atmarıq. Media əvvəllər də belə şeylər yazıb. Amma yenə küncə sıxışacaqsınız, çünki bizim sağımız, solumuz bəlli olmaz”,-deyə Ərdoğan jurnalistlərə mesaj verib.
Qeyd edək ki, Türkiyə dövlət başçısı A.Güllə baş nazir R.T. Ərdoğan arasında qalmaqal olduğu barədə iddialar səslənir.
Xatırladaq ki, bu ilin avqust ayının 10-da Türkiyədə prezident seçkiləri keçiriləcək. A. Gül isə bu ərəfədə siyasətdən gedəcəyini bəyan edib.
Aqşin Kərimov