Modern.az

Jurnalist Fərahim İlqaroğlunun döyülməsi ilə bağlı cinayət işi başlanıb

Jurnalist Fərahim İlqaroğlunun döyülməsi  ilə bağlı cinayət işi başlanıb

Təhsil

30 Aprel 2014, 18:11


Modern.az xəbər verir ki, bu barədə APA-ya Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi Lətif Hüseynov məlumat verib. Bölmə rəisinin dediyinə görə, faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.   

Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu aprelin 25-də naməlum şəxslərin hücumuna məruz qalıb.   Jurnalist yaşadığı evdən çıxarkən naməlum şəxs tərəfindən döyülüb.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı