Modern.az

Azərbaycanlı “qanuni oğru”nun öldürülməsinin səbəbi açıqlandı

Azərbaycanlı “qanuni oğru”nun öldürülməsinin səbəbi açıqlandı

Education

7 May 2014, 11:52



Bu il aprelin 7-də Odessada güllələnən azərbaycanlı “qanuni oğru” Baxış Əliyevin (Vaxa) ölümündən əvvəl “Forbes”in rus versiyasının baş redaktoru Pol Xlebnikovun öldürülməsinə görə axtarışda olan və Dubayda həbsxanada cəza çəkən çeçen avtoritet Kazbek Dukuzova baş çəkdiyi bildirilib.
Modern.az
xarici KİV-ə istinadən xəbər verir ki, Vaxa ilə Kazbek yaxın dost olublar. Hüquq-mühafizə orqanlarındakı mənbə deyib ki, Baxış Əliyev və Kazbek Dukuzov hələ 1990-cı illərdə tanış olublar, o vaxt Moskvada özlərinin kriminal karyerlərini qurmağa başlayıblar və beləcə yaxın dosta çevriliblər. 2009-2011-ci illərdə onlar tez-tez Birləşmiş Ərəb Əmirliklərində görüşüblər, o zaman Dukuzov bu ölkədə başqa soyadla sənəd ndüzəldərək gizlənirmiş. 2011-ci ildə Kazbek Dubayda 10 il azadlıqdan məhrum olunanda Vaxa dəfələrlə həbsxanada ona baş çəkib. Baxış Əliyev sonuncu dəfə dostunun yanına 2014-cü ilin mart ayında, ölümündən əvvəl  gedib.

  Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı