Modern.az xəbər verir ki, Şuşanın işğalının ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanına ziyarət təşkil olunub. Veteranlar Şurasının sədri, sabiq müdafiə naziri Dadaş Rzayev və onun təşkilatının üzvləri Fəxri Xiyabanda Heydər Əliyevin məzarında, həmçinin, Zərifə Əliyevanın da məzarını ziyarət edərək onlara əklil qoyublar. Bundan sonra veteranlar 20 Yanvar şəhidlərinin qəbrini, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsini və türk şəhidlərinin abidəsini ziyarət ediblər.
Qeyd edək ki, anım mərasimində Milli Məclis üzvləri Bahar Muradova, Zahid Oruc, Siyavuş Novruzov, Mübariz Qurbanlı, Abel Məhərrəmov, habelə Yeni Azərbaycan Partiyasının (YAP) sıravi üzvləri, gənclər, məktəblilər, müəllimlər və başqaları da iştirak edib.

