Modern.az

AŞPA sədri Azərbaycana gəlib

AŞPA sədri Azərbaycana gəlib

Təhsil

22 May 2014, 11:09


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri, xanım Anna Brassör (Anne Brasseur) Azərbaycanda səfərdədir.

Bu barədə APA -ya Avropa Şurasının Bakıdakı ofisindən məlumat verilib.
Xanım Brassörün səfərinin məqsədi AŞPA Daimi Komitəsinin mayın 23-də Bakıda keçiriləcək iclasında iştirak etməkdir.

Səfər zamanı A. Brassör Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazir Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarovla da görüşəcək.

Mayın 23-də AŞPA sədrinin səfərin yekunlarına dair mətbuat konfransı keçiriləcək.  

Qeyd edək ki, AŞPA-nın vitse prezidenti Azərbaycan buraxılmayıb.Azərbaycan xarici işlər nazirliyi onun Dağlıq             Qarabağa qanunsuz səfəri ilə bağlı viza verməyib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı