Modern.az

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə güclü zəlzələ oldu

Təhsil

24 May 2014, 14:42

Bu gün Türkiyədə baş verən 6,7 bal gücündə zəlzələ Antalyadan İstanbula qədər çox geniş bir bölgədə hiss edilib. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun hər yerində hiss edilən zəlzələ böyük qorxu yaradıb.

Zəlzələ səbəbi ilə istanbullular qorxu içində küçələrə axışıblar. Zəlzələnin uzun sürməsi yaşanan çaxnaşmanı daha da artırıb. Qısa bir müddətə telefonlar da kəsilib. 

İlkin məlumatlata görə, episentri Egey denizi olan zəlzələnin gücü 12 ballıq Rixter cədvəli ilə 6.7 bal gücündə olub. Telefon xətləri kəsilib.

Dağıntı və insan ölümü ilə bağlı hələlik heç bir məlumat yoxdur.                      

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı