Rizənin Çayeli rayonunda şiddətli leysan yağışla birlikdə Ağaran şəlaləsindən axan suyun həcmi artınca 20 nəfərlik turist karvanı, dərənin kənarında yerləşən və hər iki yanından su axmağa başlayan ərazidə qaldı. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Köprübaşı kəndində, təxminən 70 metr yüksəklikdən tökülən Ağaran şəlaləsinin su həcmi dünən şiddətli leysan yağışının ardından artıb. Şəlalədən gələn suyun boşaldığı dərənin kənarındakı ərazinin hər iki yanından da intensiv su axını başlayanda 20 nəfərlik turist dəstəsi də çıxılmaz vəziyyətdə qalıb. Təxminən 3 saat davam edən daşqından sonra su səviyyəsi azalınca turistlər oradan çıxa biliblər. Bu zaman bir avtomobilin də axan suyun içindən keçid etdiyi görünür. Şəlalə ətrafında yaşananlar həvəskar kameralar tərəfindən çəkilib.