İsrail ordusunun Qəzzanın Beyt Lahiyə diyarına təşkil etdiyi hücumda 3 yaşlı uşaqla anasının həyatını itirməsiylə birlikdə ölənlərin sayı 2 min 126-ya çatıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Qəzzaya edilən hücumlarda 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Belə ki, Səhiyyə Nazirliyinin Qəzzadakı nümayəndəsinin verdiyi məlumata görə, bir evin hədəf alınması nəticəsində 3 yaşlı uşaqla anası həyatını itirib. İkisi uşaq olmaql 4 nəfər isə yaralanıb.
Qeyd edək ki, İsrailin 7 iyuldan Qəzzaya etdiyi hücumlar nəticəsində 2126 nəfər həyatını itirib.Rüfanə GÜNƏŞ