Modern.az

Bir neçə rayona qazın verilməsində məhdudiyyətlər olacaq

Bir neçə rayona qazın verilməsində məhdudiyyətlər olacaq

Education

28 Avqust 2014, 10:44

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 11:00-dan 18:00-dək Samux və Lənkəran rayonlarının bir hissəsinə, həmçinin saat 16:00-dək Göyçay rayonunun Qarayazı və Qaraməryəm kəndlərinə, saat 18:00-dək Şamaxı rayonunun Qurdtəpə, Meysəri və Muğanlı kəndlərinə, Ağsu rayonunun isə Dilman və Xatman kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər olacaq. Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı