Modern.az

“Hədəfimiz məktəbəqədər təhsil müəssisələrini genişləndirməkdir”

“Hədəfimiz məktəbəqədər təhsil müəssisələrini genişləndirməkdir”

Təhsil

6 Sentyabr 2014, 22:20

“Dünyanı dəyişən ən böyük fenomen təhsildir. Bu da məktəbəqədər təhsildən başlayır”. Modern.az xəbər verir ki, bunu Qubada keçirilən Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbində Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.

O məktəbəqədər təhsilin vacibliyindən danışıb: "Məktəbəqədər təhsilə xüsusi diqqət ayrılmalıdır. Son illər Azərbaycanda məktəbəqədər təhsilə diqqət artıb. Bizim strateji hədəfimiz odur ki, yaxın 5-6 il ərzində məktəbəqədər təhsil müəssisələrinin əhatə dairəsini genişləndirək".

C.Valehov təhsildə dəyər məsələsinin önəmini vurğulayıb: “Dünya ölkələrinin Qlobal Rəqabətlilik İndeksində Azərbaycan 38-cı yerdə, MDB ölkələri içərisində isə 1-ci yerdə qərarlaşıb. Artıq dünya sürətlə inkişaf edir. Heç bir şey bir neçə il əvvəlki kimi deyil. Təhsildə ən önəmli cəhət onu milli-strateji dəyər kimi qəbul etməkdir. Azərbaycan xüsusilə son dövrlər dəyər məsələsinə çox diqqət edir”.

 Nazirlik nümayəndəsi təhsil işçilərini dərs ilinin uzadılmasını dəstəkləməyə çağırıb: “İnsanlar təhsil ilinin uzadılmasını istəmirlər. Biz dövlətin bizə pulsuz verdiyi təhsildən qaçırıq. İstəyirik ki, uşağımız ali məktəbə tez qəbul olsun. Mən təhsil işçilərindən xahiş edirəm ki, dərs ilinin uzadılması məsələsini ciddi şəkildə dəstəkləsinlər”.

C.Valehov dünyanın güclü ölkələrinin nüfuzunun böyük universitetləri olması ilə əlaqələndirb: “Dövlətin xarizmasını yaradan universitetlərdir.Universitetlər millətin xarakterinin formalaşmasında mühüm rol oynayır. Biz böyük universitetləri, onların kampusunu yaratmaq istəyirik

 

Rüfanə GÜNƏŞ

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı