Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir.Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən
Modern.az-a verilən məlumata görə hal-hazırkı vaxta qədər xəsarət almış 9 nəfər və vəfat etmiş 2 nəfərin meyiti xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.Əlavə məlumat veriləcək.
Modern.az