ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsini tənzimlənməsi ilə bağlı danışıqlar üçün Ermənistana gedib. Modern.az saytı xəbər verir ki, bu barədə amerikalı diplomat özünün twitter səhifəsində məlumat verib.
“Yerevana yenicə çatdım. Sabah Yerevanın yüksək vəzifəli rəsmiləri ilə görüşlər olacaq”,-deyə Uorlik yazıb”.
Qeyd edək ki, Ceyms Uorlik məlumatı ötən gün axşam saatlarında verib.Bu gün isə onun nəzərdə tutduğu görüşlər baş tutacaq.
Modern.az