Modern.az

Müsavat başqanlığına namizəd təbliğatını telefonla aparır

Müsavat başqanlığına namizəd təbliğatını telefonla aparır

Образование

19 Sentyabr 2014, 10:26

Artıq Müsavat Partiyasının qurultayına çox az vaxt qalıb. Təbliğat kampaniyası zamanı başqanlığa namizədlər öz platformalarını kifayət qədər tanıda biliblərmi? Hansı namizəd bölgələrdə müsavatçılarla görüşüb?

Modern.az bu suallara cavab tapmaq üçün başqanlığa namizədlərlə əlaqə saxlayıb:

Tural Abbaslının sözlərinə görə, Müsavat Partiyasının qurultay nümayəndələrinin böyük əksəriyyəti regionlardan seçilib: “Biz bu günə qədər müxtəlif regionlarda qurultay nümayəndələri ilə görüşmüşük. Fikirlərini dinləmişik və suallarını cavablandırmışıq. Sentyabrın 27-nə qədər bütün regionlara gedib qurultay nümayəndələri ilə görüşəcəyik. Bu qaçılmazdır və təbliğatın bir hissəsidir. Xeyli gedə bilmədiyimiz rayonlar var. Məsələn Salyana, Cəlilabada, Qarabağ zonasına, Şirvandakı rayon təşkilatlarına getməliyik. Müsavatın 80-ə yaxın rayon təşkilatı var, onların hamısına getmək çətindir. Amma maksimum çalışacağıq ki, böyük hissəsini əhatə edək”.

Səxavət Əlisoy təbliğatı üçün bir neçə regionda olduğunu bildirib: “Amma təbliğat işlərini qurmaq üçün rayonlara səfər etmirəm. Rayon təşkilatında olan qurultay nümayəndələri ilə telefonla əlaqə saxlayıram. Sosial şəbəkələrdə təbliğatımı aparıram. Müsavat Partiyasını insanlar kifayət qədər yaxşı tanıyırlar. Bunun üçün rayonlara səfər edib təbliğat qurmaq yolunu tutmadım. Mən daha fərqli təbliğat forması seçmişəm”.  

Qubad İbadoğlu bizimlə söhbətində cənub regionunda olduğunu deyib: “Astara, Lənkəran, Lerik, Masallı müsavatçıları ilə görüşmüşəm. Bu, bizim regiona sonuncu səfərimiz idi. Demək olar ki, bütün regionlara səfər etmişik. Regionlara getməyimizin bir məqsədi də ondan ibarətdir ki, müsavatçıların bizim platforma ilə bağlı rəylərini alaq, onları dinləyək. Gələcəkdə işimizi daha yaxşı təşkil etmək üçün onlarla məsləhətləşək, təkliflərinə qulaq asaq”.

Başqanlığa digər namizəd Arif Hacılı ilə əlaqə saxlamaq cəhdlərimiz isə alınmayıb.

Rüfanə GÜNƏŞ

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı