Modern.az

Ukrayna hadisələrində 3543 adam ölüb

Ukrayna hadisələrində 3543 adam ölüb

Təhsil

24 Sentyabr 2014, 09:22

Birləşmiş Millətlər Təşkilatı Ukraynadakı qarşıdurmalarda ölənlərin sayının 3 min 245 nəfərə çatdığını bildirib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurası Ukraynadakı insan haqları və son durumla bağlı iclas keçirib. İclasda danışan BMT-nin əməkdaşı İvan Simonoviç Ukraynanın şərqindəki qrupların xarici ünsürlərin köməyiylə radikallaşmağa davam etdiklərini bildirib. Ukraynadakı qarşıdurmalarda 21 sentyabra qədər 3 min 245 adamın öldüyünü deyən Simonoviç Malayziya təyyarəsində həyatını itirən 298 nəfərlə birlikdə bu rəqəmin 3 min 543-ə çatdığını qeyd edib.

Rüfanə GÜNƏŞ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı