Modern.az

Ukraynanın 7 jurnalisti əsirlikdədir

Ukraynanın 7 jurnalisti əsirlikdədir

Təhsil

24 Sentyabr 2014, 11:21



Ukrayna Milli Jurnalistlər İttifaqı və Müstəqil Media Həmkarlar İttifaqı hakimiyyəti və hüquq-mühafizə orqanlarını əsirlikdə olan jurnalistlərin azadlığa buraxılmaları üçün maksimum səy göstərməyə çağırıb. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, ölkənin şərqində Rusiya muzdlularına və yerli təxribatşılara qarşı keçirilən terror əleyhinə əməliyyatlar zamanı jurnalistlər Yuri Lelyavski, Roman Çeremski, Valeri Makeev, Yeqor Vorobyov, Dmitri Potexin, Aleksandr Belokobılski və sergey Sakadinski əsir götürülüblər. Məlumatda qeyd edilir ki, yaraqlıların nəzarətində olan ərazilərdə təkcə jurnalistlər deyil, yerli sakinlər də alçaldılır, insan haqları kobudcasına pozulur. Adı çəkilən təşkilatlar Ukrayna jurnalistlərinin əsirlikdən azad olunması üçün ATƏT, Beynəlxalq Jurnalistlər Federasiyasına və Avropa Jurnalistlər Federasiyasına da müraciət ediblər. 

Digər məlumata görə, ZİK telerviziya kanalının jurnalisti Yuri Lelyavski iyulun 23-də Luqanskda əsir götürülüb. Onun harada saxlanıldığı hələ də məlum deyil. “Ukrayna həqiqətləri”nin bloggeri və Avropa straregiyası qrupunun direktoru, siyasi icmalçı Dmitri Potexin avqustun 7-də oğurlanıb və “İzolyasiya etmə” zavodunun zirzəmisində saxlanılır, aclıq elan edib.

Jurnalist Roman Çeremski (“Ukrayna məkanı” jurnalı, Xarkovda nəşr olunur) və Valeri Makeev son məlumatlara görə, qondarma “Luqansk Xalq Respublikası”nın Rovenki şəhərindəki həbsxanasında saxlanılırlar.  

“Espreso TV”nin jurnalisti Yeqor Vorobyev İlovayskidə terrorçuların mühasirəsinə düşüb və naməlum səbəbdən əsirlikdə saxlanılır. Luqanskdan olan jurnalist Aleksandr Belokobılski Xarkovdan qohumlarına ərzaq, pul və dərman aparıb. Sentyabrın 13-dən bəri ondan xəbər yoxdur. 

Luqanskdakı “Siyasət 2.0” internet-nəşrin baş redaktoru Sergey Sakadinski ilə iyulun 28-dən əlaqə kəsilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı