Modern.az

İlham Əliyev: “MDB-də narahatlığa səbəb olan amillər var”

İlham Əliyev: “MDB-də narahatlığa səbəb olan amillər var”

Təhsil

10 Oktyabr 2014, 14:30


“MDB öz potensialını itirməyib. Bura əməkdaşlıq, qarşılıqlı əməkdaşlıq, regional və beynəlxalq aləmin aktual məsələlərinin müzakirələri meydanıdır”.

Modern.az saytının məlumatına görə bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçıları şurasının Minskdə keçirilən iclasında çıxışı zamanı deyib.

Dövlət başçısının sözlərinə Azərbaycan MDB-dəki fəaliyyətinə böyük əhəmiyyət verir. Prezident bildirib ki, Azərbaycan ikitərəfli formatda MDB-yə üzv ölkələrin əksəriyyəti ilə fəal əməkdaşlıq etməkdə maraqlıdır. “Hesab edirəm ki, bu təşkilat çərçivəsində ikitərəfli əlaqələr möhkəmlənir. Biz ikitərəfli əməkdaşlığın potensialını genişləndirmək üçün çalışacağıq”.

Prezident bildirib ki, bununla yanaşı, narahatlığa səbəb olan amillər də var buna diqqət ayrılır: “Bu, regional, beynəlxalq təhlükəsizliklə bağlı məsələlərdir”.

Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı