Modern.az

İTV-də daha bir "ilk" - efirdə "Master-Klass"

İTV-də daha bir "ilk" - efirdə "Master-Klass"

Təhsil

17 Oktyabr 2014, 11:44

Oktyabrın 16-da İctimai Televiziyanın "Yeni Gün" proqramının tamaşaçıları daha bir yeniliyin şahidi olublar. Belə ki, Bakı Slavyan Universiteti jurnalistika fakültəsinin tələbələri öz müəllimləri, Mətbuat Şurası İdarə Heyətinin üzvü, "İki Sahil" qəzetinin Baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadə ilə sözün əsil mənasında teledebata çıxıblar.  Bu haqda Modern.az-a "Səhər"  proqramları departamentinin direktoru Rauf Rəcəbov məlumat verib.

O bildirib ki, bu layihə davamlı olacaq və digər ixtisaslar üzrə təhsil alan tələbələr də öz müəllimləri ilə efir sınağına dəvət ediləcəklər.

Görüşdə Vüqar Rəhimzadə öz tələbələrinin ümumi dünyagörüşündən razı qaldığını və onların gələcəkdə mətbuatın istənilən sahəsində uğurla işləyəcəyinə əminliyini də vurğulayıb.

Tələbələr canlı efirdə aparıcının və müəllimlərinin suallarını hərtərəfli cavablandırmaqla yanaşı, jurnalistikanın sirlərinə necə dərindən yiyələndiklərini əyani şəkildə nümayiş də etdiriblər.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı