Azərbaycan prezidenti İlham Əliyev Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Modern.az saytının məlumatına görə, Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Daşkəsən Rayon İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb.
Digər sərəncamlara görə Naftalan və Goranbay rayonlarının İcra Hakimiyyətlərinin hərəsinə Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb.
Modern.az