Modern.az

Pentaqon xaricə 500 gizli agent göndərəcək

Pentaqon xaricə 500 gizli agent göndərəcək

Təhsil

2 Noyabr 2014, 20:45

ABŞ Müdafiə Nazirliyi bu qurumun əməkdaşı adı ilə xaricə 500-ə yaxın gizli agent göndərməyi planlaşdırır. Modern.az bildirir ki, “The Vashington Post” qəzetinin amerikalı məmurlara istinadən verdiyi xəbərə görə, agentlərin Pentaqon üçün başlıca vəzifəsi məlumat toplamaq olacaq. Bu xidmətin nümayəndələri dünyanın ən gərgin vəziyyət olan ərazilərinə göndəriləcəklər. Bunların arasında “əl-Qaidə” və “İslam dövləti” kimi terror təşkilatlarının fəaliyyət göstərdiyi Yaxın Şərq regionu da var.

ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi 2012-ci ildə xaricə göndərilmək üçün minə yaxın əməkdaşına təlim keçib. Onların Mərkəzi Kəşfiyyat İdarəsində və ABŞ-ın terror əleyhinə əməliyyatlar keçirdiyi xüsusi  komandalığında işləyərək milli təhlükəsizlik missiyasını yerinə yetirəcəkləri ehtimal olunurdu.  Ancaq üstündən 2 il keçəndən sonra bu məsələyə yenidən baxılıb.  


Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı