“İraq Şam İslam Dövləti”nin (İŞİD) nəzarətində olan Mosuldan çox təəccüblü görüntülər yayılıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, fotolarda İŞİD yaraqlılarının şəhərdəki körpüdə keçdiyi təlimlər əks olunur.
Fotolarda İŞİD yaraqlıları iplərlə körpüdən aşağı enir, təlim keçirlər. Maskalı terrorçuların silahlı olduğu da görünür. Körpüdən enən yararlılar daha sonra silahlarla poza verirlər.

