Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

9 Noyabr 2014, 16:21

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava noyabrın 10-da dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var.

Havanın temperaturunun gecə 7-11dərəcə isti, gündüz 14-18 dərəcə isti, Bakıda gecə 8-10 dərəcə isti, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə və axşam 85-95%, gündüz 60-70% təşkil edəcək.

Azərbaycan rayonlarında hava əsasən yağmursuz keçəcək. Havanın temperaturunun gecə 1-6 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

  Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı