
Latın Amerikası ölkələrinin dövlət başçıları qısa müddətdə bir-birinin ardınca xərçəng xəstəliyinə yoluxmağa başladılar. Sonardan bu xərçəng epidemiyasının qurbanı olacaq Venesuela prezidenti Uqo Çaves hələ 2011-ci ildə ABŞ-ın bu xəstəliyi müstəqil siyasət yürüdən dövlət başçlılarına qarşı istifadə etməkdə ittiham etmişdi. Onun fikrincə, texnoloji yeniliklər sayəsində ABŞ öz maraqlarına xidmət etməyən dövlət başçılarını ağır onkoloji xəstəliklərə düçar edir.
2011-ci ildə Braziliyanın sabiq prezidenti Luis İqnasio Lula de Silvaya xərçəng diaqnozu qoyulub. Bundan öncə isə xəstəlik hazırki Brazliya dövlət başçısı Dilma Russefdə aşkar olunub. 2011-ci ildə Argentinanın xanım prezidenti Kristina Kirşnerə də xərçəng diaqnozu qoyulub. Bundan bir il öncə onun prezident əri Nestor Kirşner xərçəng xəstəliyinin qurbanı olub. Lakin bu da son deyildi. Xəstəlik 2013-cü ildə Venesuela prezidenti Uqo Çavesin dünyasını dəyişməsinə səbəb olub. Boliviya prezidenti Evo Moralesə xərçəng diaqnozu qoyulsa da, vaxtında aldığı müalicə sayəsində sağlamlığını bərpa edə bilib.
Kubanı 50 il ərzində idarə edən qocaman siyasətçi Fidel Kasto da uzun illərdi bağırsaq xərçəngindən əziyyət çəkir. O da öz çıxışlarında ABŞ-da xərçəng yarada bilən texnologiyaların olduğunu istisna etməyib.
ABŞ Dövlət Departamenti isə hər dəfə bu təklifləri rədd edir.
Modern.az