Modern.az

“Sehrli xalat”ın “piyanar”ları 50 ildən sonra bir yerdə

“Sehrli xalat”ın “piyanar”ları 50 ildən sonra bir yerdə

Təhsil

13 Noyabr 2014, 11:50

 “Ayrabana-ayrabana-işvara”... Bu sehrli kəlmələri əzbərdən bilirik, bəlkə də bütöv bir nəsil “çitraxuda” deyərək böyüyüb. Aramızda yəqin ki, bu filmi heç olmasa bir dəfə seyr etməyən kimsə tapılmaz. “Sehrli xalat” nəinki uşaqlar, elə sovet dövrünün böyüklərin də sevimli filmi idi.

Dünən Nizami Kino Mərkəzində C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının ən uğurlu uşaq filmlərindən sayılan “Sehrli xalat”ın ekranlara çıxmasının 50 illiyi qeyd olundu.

Mədəniyyət və Turizm nazirliyinin təşkilatçılığı ilə baş tutan yubiley tədbirində filmin rejissoru Əlisəttar Atakişiyev, ekran əsərində çəkilmiş Əliağa Ağayev, Möhsün Sənani, Ağahüseyn Cavadov, Anatoli Falkoviç, Hüseynağa Sadıxov kimi sənətkarlar yad edildi, çəkilişlərlə bağlı maraqlı hadisələrdən söz açıldı.

Təqdimat mərasimində Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, sənət adamları və digər qonaqlar iştirak edib. Qonaqlar Nizami Kino Mərkəzinin foyesində əfsanəvi filmlə bağlı Dövlət Film Fondunun təşkil etdiyi foto sərgi ilə də tanış olublar.




Fərəh Sabirqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı