Modern.az

Supermarket toyuqları öldürür

Supermarket toyuqları öldürür

Education

19 Noyabr 2014, 20:05

İngiltərədə supermarketlərdə satılan hər 10 toyuqdan 6-nın potensial olaraq ölümcül virus daşıdığını bəyan edən qida mütəxəssisləri, ölümcül virusun ildə 500 min insanın sağlamlığına mənfi təsir etdiyini, 100 nəfərin də həyatını itirdiyini qeyd ediblər. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı araşdırmanı aparan şəxslərin ölümcül virus daşıyan toyuqları satan supermarketlərin siyahısını gələn həftə açıqlaması gözlənilir.

Yayda çiy toyuğu bişirmədən əvvəl yumağın qida zəhərlənməsi riskini artırdığını xəbərdarlıq edən Böyük Britaniya Milli Səhiyyə Xidmətinin mütəxəssisləri, toyuğun yuyulması zamanı ətrafa sıçrayan sulardan əllərə, mətbəx stoluna, bişirmə qablarına kampilobakter bakteriyası bulaşdığını vurğulayır.

Əlamətlərin adətən yeməklərin istehlakından iki üç gün sonra ortaya çıxdığını qeyd edən səhiyyə mütəxəssisləri infeksiyaya yoluxma əlamətlərinin bağırsaq sindromları, ishal, mədə ağrısından və mədə-ürək bulanması, hərarət və halsızlıq kimi ortaya çıxdığını bildirirlər.

Ekspertlər ən böyük risk qrupunda hamilə qadınların, uşaqların, yaşlıların və immunitet sistemi zəifləmiş xərçəng xəstələrinin yer aldığını vurğulayırlar. Ampilobakteriyası Böyük Britaniyada qida zəhərlənməsinə səbəb olan bakteriyaların başında gəlir.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı