ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan ərazisini atəşə tutan Ermənistan Müdafiə Nazirliyinə məxsus helikopterin məhv edilməsi ilə bağlı bəyanat veriblər.
Həmsədrlər öz bəyanatları ilə Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxaraq ölkəmizin işğal altında olan ərazilərini neytral zona adlandırıblar.Məsələyə Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva münasibət bildirib.
Deputat qeyd edib ki, bu mproblemin tənzimlənməsi missiyasını daşıyan təşkilatınhəmsədrlərinin bu cür açıqlamasını kəskin qınayırıq: “Çünki o ərazilər Azərbaycanın ərazilıəridir və həmsədrlər də yaxşı bilir ki, Ermənistan 20 ildəm artıqdır ki, Azərbaycanın 20 fazidən artıq torpaqlarını işğal altında saxlayır. Minsk Qrupu həmsədrlərinin hər zaman olduğu kimi bu dəfə də belə mövqe nümayiş etdirmələri münaqişənin tənzimlənməsinə xidmət etmir. Çünki münaqişənin həlli Azərbaycanın toprpaqlarını işğal altında saxlayaraq bölgədə vəziyyəti gərginləşdirən Ermənistana təzyiqdən keçir. Amma onlar nəinki Ermənistana təzyiq göstərir, əksinə bu cür açıqlamalarla ədalətsizliklərini bir daha ortaya qoyurıar. Təssüf ki, Ermənistanın atşkəsi pozaraq mülkü azərbaycanlıları qətlə yetirmələri, yaralamaları ilə bağlı dəfələrlə çağırışlarımıza baxmayaraq susqunluq nümayiş etdirən Minsk Qrupu həmsədrləri yenə də öz ədalətsiz mövqelərini davam etdirirlər. Biz belə mövqeni qınayırıq, bəyan edirik ki, hər bir dövlət kimi Azərbaycanın da öz torpaqlarını və xalqının təhlükəsizliyini təmin etmək kimi suveren haqları var və bu haqları heç kimsə Azərbaycandan ala bilməz. Həmsədrlər də bu hüququ ala bilməzlər. Onlar Ermənistandan o hərbir helikopterin Azərbaycan ərazisində nə işi vardı deyə soruşmalıydılar. Amma yenə həmişə olduğu kimi qeyri-obyektivliklərini ortaya qoydular. Bu səbəbdən də Azərbaycan və xarici ölkələrdəki diasporumuz birlikdə bu məsələdə də haqlı mövqeyimizi hər yerə daha geniş yayaraq bu ədalətsizliklərə qarşı səsimizi daha da ucaltmalıyıq”.
Modern.az