Modern.az

Ərdoğan “Ebola”ya görə Afrikada qorundu

Ərdoğan “Ebola”ya görə Afrikada qorundu

Education

21 Noyabr 2014, 10:09


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdəğon Afrikaya səfəri çərçivəsində “Türkiyə-Afrika əməkdaşlığı”  mövzusundakı  zirvə toplantısına qatılmaq Ekvatorial Qvineyaya gedib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki,  prezident Ərdoğan Afrika turuna həyat yoldaşı Əminə Ərdoğanla çıxıb. Prezident və həyat yoldaşı üçün  “Ebola” virusunun sürətlə yayıldığı qitədə xüsusi tədbirlər görülüb.

Belə ki, Ərdoğanın  gedəcəyi yerə 1 həftə öncədən xüsusi  komanda göndərilib. Komanda prezidentin qalacağı  otağı  dezinfeksiya edib. Bununla yanaşı,  Ərdoğana   bölgədəki digər xəstəliklərindən qorunmaq üçün  peyvənd vurulub. Həmçinin toplantı ərəfəsində  Ərdoğanın yeyəcəyi yeməklər də  Türkiyədən aparılıb. 

Prezidentin  yemək məsələsi ciddi nəzarət altındadır.      

Qeyd edək ki, qarşı tərəf “Ebola” virusuna görə zirəvə toplantısının  təxirə salınmasını təklif etsə də, Ərdoğan bunu qəbul etməyib.  

Xatırladaq ki, zirvəyə toplanan digər iştirakçılara qarşı da “Ebola”dan qorunmaq üçün tədbirlər görülüb. 

Məltəm TALIBZADƏ


Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı