Modern.az

Rusiyadan “Yeni SSRİ” ilə bağlı AÇIQLAMA: “Yeni səhifə açılır”

Rusiyadan “Yeni SSRİ” ilə bağlı AÇIQLAMA: “Yeni səhifə açılır”

تحصیلات

24 Noyabr 2014, 10:19


Rusiya 2015-ci ilin yanvar ayından fəaliyyətə başlayacaq Avrasiya İqtisadi İttifaqının tərkibinin genişlənəcəyinə ümid edir.

Modern.az saytı rus KİV-nə istinadla xəbər verir ki, belə bəyanatla Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin çıxış edib.  

Dövlət Dumasının spikeri xatırladıb ki, Avrasiya ineqrasiyası ideyası ilk dəfə 1994-cü ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Moskva Dövlət Universitetindəki çıxışında səslənib.  

Sergey Narışkin bildirib ki, Nazarbayevin səsləndirdiyi ideya inkişaf etdi və nəticədə Avrasiya İqtisadi İttifaqı yaradıldı.   “Rusiya, Qazaxıstan və Belarus Avrasiya inteqrasiyasının lokomotividir. Artıq yeni səhifə açılır. 2015-ci ilin 1 yanvarından fəaliyyətə başlayacaq Avrasiya İqtisadi İttifaqı müasir dünya həyatının əsas hadisələrindən biridir”,-deyə Narışkin vurğulayıb.  

Qeyd edək ki, Avrasiya İqtisadi Birliyi bu ilin may ayının 29-da Astanada Rusiya, Qazaxıstan və Belarus prezidentlərinin imzaladığı sənədlə təsis edilib. Ermənistanın quruma üzvlüyü isə Avrasiya İqtisadi İttifaqının oktyabr ayında Minskdə keçirilən sammitində reallaşıb.  

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı