Bakıda avara və dilənçiliklə məşğul olanlara qarşı daha bir əməliyyat keçirilib. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən avara və dilənçiliklə məşğul olan 14 nəfər azyaşlı saxlanılıb, onlardan 4 nəfəri Azərbaycan Uşaqlar Birliyinin nəzdində olan sığınacağa yerləşdirilmiş, digərləri ilə profilaktiki söhbətlər aparıldıqdan sonra buraxılıblar.
Modern.az