Modern.az

Kəmaləddin Heydərovdan şikayətçilərə xəbər

Kəmaləddin Heydərovdan şikayətçilərə xəbər

Təhsil

25 Noyabr 2014, 22:05

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov 28 noyabr 2014-cü il tarixində saat 11:00-dan Mingəçevir şəhərində vətəndaşlar üçün qəbul keçirəcək.

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qəbulda yalnız Mingəçevir və Naftalan şəhərlərinin, Yevlax, Goranboy və Ağdaş rayonlarının sakinləri, habelə, həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. 

Qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzində (ünvan: Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 148) 27 noyabr 2014-cü il tarixində saat 09:00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı