Modern.az

Mirmahmud Mirəlioğlu iqtidar-müxalifət dialoqunun detallarını AÇIQLADI

Mirmahmud Mirəlioğlu iqtidar-müxalifət dialoqunun detallarını AÇIQLADI

Education

13 Dekabr 2014, 14:15


“Görüşdə siyasi məhbus, proporsional seçki sistemi, partiyaların maliyyələşdirilməsi məsələləri müzakirə olundu. Qeyd olundu ki, bu cür görüşlər davamlı olsun. Biz bu görüşün nəticəsini gözləyəcəyik. Bu görüşün nəticəsindən asılı olaraq, məsələni qiymətləndrəcəyik”.

“Report”un məlumatına görə, bunu Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bu gün bir qrup müxalifyönlü siyasi partiya sədrlərinin Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, həmin şöbənin müdir müavini Tahir Süleymanov və sektor müdiri Elman Paşayevlə görüşündən danışarkən deyib.

O, görüşün bütün məsələlərə müsbət təsiri olacağını qeyd edib: “Hər halda, zamanla hər şey müəyyən olunacaq. Növbəti görüşlə bağlı indidən nəsə demək tezdir. Bu, hazırki görüşdə səsləndirilən təkliflərin reallaşmasından asılı olacaq”.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı