Modern.az

ADU-da “Dunçji” Çin bayramı qeyd olundu

ADU-da “Dunçji” Çin bayramı qeyd olundu

Təhsil

16 Dekabr 2014, 13:57

Dekabrın 16-də  Azərbaycan Dillər Universitetində universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə “Dunçji” (“Qışın zirvəsi”) Çin bayramına həsr olunmuş tədbir keçirildi.

Modern.az xəbər verir ki, tədbirdə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov Ay-günəş təqvimin ən mühüm dövrlərindən biri kimi “Dunçji” bayramının xüsusi fəlsəfəsi haqqında danışaraq bayramın böyük tarixi və mədəni əhəmiyyətini qeyd etdi.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının elmi əməkdaşı Abbasəli Rüstəmov qış gündönümünün astronomik fenomen kimi mövsümi əhəmiyyətindən danışdı.

ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin müəllim və tələbələri mənşəyi in və yan balanslaşmasının mənşəyinə söykənən “Dunçji” bayramının qeyd olunma adət-ənənələri, Pekinin Səma Məbədində əcdadlara ibadət olunması ilə bağlı əfsanə və mərasimlər, Çin Təqviminə əsasən qışın ayrı-ayrı mövsümləri haqqında məruzə ilə çıxış etdilər. “Dunçji”nin uzunömürlülük, qış və gözəllik rəmzlərinə həsr olunmuş qədim Çin şairlərinin şeirləri oxundu, Çin milli musiqisi ifa edildi. 

Tədbir çərçivəsində 81 ləçəklərdən ibarət ən yaxşı “Meyxua” rəsm müsabiqəsi keçirildi.

Sonda qonaqlar bütöv ailənin rəmzi olan düyü topası ilə hazırlanan şirin bayram şorbası – “Tanyuan”ın və Xan sülaləsindən olan tanınmış həkim Çjan Çjuanzsin ənənəvi pelmenlərinin dadına baxdılar.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı