Modern.az

Cəbhədə silah səsləri dayanmır

Cəbhədə silah səsləri dayanmır

Образование

17 Dekabr 2014, 09:42


Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 57 dəfə pozulub.

Modern.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 57 dəfə pozulub.

Erməni silahlı bölmələri Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Sarıcalı, Baş Qərvənd, Cəvahirli, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı