Bu gün Bakı Dövlət Universitetində "İlin ən yaxşı tələbəsi" adlı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimini baş tutub.
Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən təşkil olunan tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov "İlin ən yaxşı tələbəsi" adını qazanan tələbələri təbrik edərək, universitetdə bu cür müsabiqələrin keçirilməsinin əhəmiyyətindən danışıb. O, tələbələri bu fəxri ada hər zaman sadiq qalmağa və daha böyük nailiyyətlər əldə etməyi arzulayıb.
Tədbirdə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov, YAP GB-nin sədri Seymur Orucov, BDU Sosial Elmlər və Psixologiya fakültəsinin III kurs tələbəsi Nigar İbrahimova çıxış ediblər.
Sonda rektor Abel Məhərrəmov müsabiqədə qalib olmuş tələbələrə diplom və qiymətli hədiyyələr təqdim edib.
Hər il Bakı Dövlət Universitetində keçirilən "İlin ən yaxşı tələbəsi" müsabiqəsi II mərhələdən ibarətdir. I tur real, II isə virtual şəkildə aparılır. Seçkilərdə namizədlərin ictimai fəallıq və tədris uğurlarına görə müəyyən olunur.
Qeyd edək ki, bu il 229 tələbə “İlin ən yaxşı tələbəsi” adına layiq görülüb.



Modern.az