Modern.az

Ramil Usubov 3 rayonun polis rəisini işdən çıxardı

Ramil Usubov 3 rayonun polis rəisini işdən çıxardı

Education

13 Fevral 2015, 17:35


Tovuz Rayon Polis Şöbəsinin rəisi Vaqif İsmayılov tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.
Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə Göygöl rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərov tutduğu vəzifədən azad edilərək Tovuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Ramil Usubovun digər əmri ilə Ağsu Rayon Polis Şöbəsinin rəisi Bahadur Şükürov tutduğu vəzifədən azad edilərək Göygöl rayonuna polis rəisi təyin edilib.(APA)

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı