Modern.az

“Dağıstanda Azərbaycanın baş konsulluğu açıla bilər” - XİN

“Dağıstanda Azərbaycanın baş konsulluğu açıla bilər” - XİN

Təhsil

16 Fevral 2015, 17:27

Dağıstan Respublikasının prezidenti Ramazan Abdulatipov bu günlərdə bildirib ki, sərhəddə Azərbaycanın konsulluq nümayəndəliyi olarsa, bu gediş-gəlişin asanlaşmasına yardım edərdi. Bununla yanaşı, Abdulatipov konsulluğun Dərbənd şəhərində açılmasını daha məqsədəuyğun olacağını bildirib.

Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a deyib ki, hazırda Dağıstanda baş konsulluğun açılması məsələsinə baxılır: “Lakin məsələ bu gün üçün gündəmdə deyil. Azərbaycan Rusiyanın bir çox regionları ilə sıx əməkdaşlıq aparır. Bununla yanaşı, biz Rusiyanın tərkib hissəsi olan Dağıstanla da çox yaxşı əlaqələr qurmuşuq. Təbii ki, inkişaf edən əlaqələr fonunda, baş konsulluğun açılması əlaqələrin inkişafı üçün irəliyə atılan addım olardı. Lakin hazırda bu məsələyə baxılsa da, gündəmdə deyil”.

Dağıstanda Qurban Qurbanovun vəzifədən uzaqlaşdırılması və Dərbənddə abidələrə qarşı edilən təxribatları xüsusi vurğulayan Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov isə Modern.az-a deyib ki, bununla belə konsulluğun açılması ideyasını yüksək dəyərləndirir:
“Azərbaycan Rusiya ilə günü-gündən inkişaf edən əlaqələri kontekstində Dağıstanda, yaxud Dərbənddə konsulluq açılarsa, bu çox gözəl nəticələrə gətirib çıxara bilər. Bildiyiniz kimi, azərbaycanlılar, xüsusilə də şimal regionunun əhalisi Dağıstana daha çox gedib-gəlir. İnkişaf etməkdə olan iqtisadi əlaqələr nəticəsində açılması nəzərdə tutulan konsulluq, həm bu ərazidəki əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə, həm də orada yaşayan azərbaycanlılar arasında yüksək mədəni əlaqələrin qurulmasına yardım edə bilərdi”.

Şahin Qocayev

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı