Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Pakistana yetərli yardım göndərməyən İslam ölkələrini tənqid edib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, müqəddəs Qurani-Kərimin nazil olmasının 1400 illiyinin qeyd olunması tədbirində çıxış edən Ərdoğan neft sahibi olan İslam ölkələrini Pakistana daha artıq yardım göstərməyə çağırıb. Ərdoğan bir daha neftə sahib olan ölkələrə mesaj ünvanlayıb: "Xətirlərinə dəyməsin, darılmasınlar. Neft bir nemətdir. Bunu Pakistana xərcləməyib, kimə xərcləyəcəyik?”. Ərdoğan Pakistan üçün İslam Konfransı Təşkilatına üzv olan ölkələrin bu günə qədər topladığı 1 milyard dolların yetərli olmadığını bildirib. “Bu rəqəm çox komik bir rəqəmdir. İslam dünyası bu məsələdə geridə qalmamalıdır”deyən Ərdoğan 12 sentyabr referendumundan sonra Pakistana gedəcəyini bildirib.
Modern.az