Nyu-York şəhərinin keçmiş meri Rudolf Culiyani Barak Obamanın ABŞ-ı sevmədiyini deyib.
Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, sabiq mer biznesmenlərlə görüşdə bu barədə danışıb.
“Bilirəm ki, bu barədə danışmaq dəhşətlidir. Amma düşünürəm ki, prezident Barak Obama Amerikanı sevmir. O sizi, məni sevmir. O, ölkəyə sevgi məsələsində tərbiyə olunmayıb”,-deyə iş adamlarına müraciətlə söyləyib.
Rudolf Culiyani 1994-cü ildən 2001-ci ilə qədər Nyu-Yorkun meri vəzifəsində olub.
Modern.az