Fevralın 19-da saat 12 radələrində paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində qəsəbə sakini Telman Cəlilova məxsus emalatxanada yanğın baş verib.
Modern.az Daxili İşlər Nazirlıiyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nəticədə 30 kvadratmetr sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, orada işləyənlər - Sumqayıt şəhər sakinləri Qabil Sahilov və Elşən Sahilov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Elşən Sahilov orada dünyasını dəyişib.
Modern.az.