Modern.az

Lənkəranda bahalaşma əleyhinə etiraz…

Lənkəranda bahalaşma əleyhinə etiraz…

Təhsil

22 Fevral 2015, 16:00


Lənkəranın Liman qəsəbəsində bir qrup sakin ölkədə bahalaşmaya etiraz olaraq Bakı-Astara yolunu bağlayıb.

Liman qəsəbə sakini İman Əliyevin "Azadlıq" radiosuna dediyinə görə, ərzaq mağazaların çoxu bağlıdır. Mağazalar əhaliyə nisyə mal vermir. Manatın məzənnəsinin aşağı düşməsi əhalini qəzəbləndirib. İşıqların tez-tez söndürülməsi insanları bezikdirib.

Liman qəsəbə bələdiyyəsindən bildirdilər ki, yol bağlı olmayıb. 5-10 nəfər sakin yolların bərbad olmasına, işıq və qazın fasilə ilə verilməsinə etiraz ediblər. Rayon rəhbərliyi hadisə yerindədir və bu barədə tədbirlər görülür.

Fevralın 21-dən etibarən Azərbaycan manatı təqribən 30 faiz dəyərdən düşüb. Bu bütün ölkədə qiymət artımı ilə müşahidə edilir.

Modern.az


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı