Modern.az

Azərbaycanın psixoloq alimi dünyasını dəyişdi

Azərbaycanın psixoloq alimi dünyasını dəyişdi

Təhsil

23 Fevral 2015, 15:53

Azərbaycanın ilk psixoloq alimlərindən olan, əməkdar elm xadimi, professor  Əbdül Əlizadə bu gün səhər saatlarında dünyasını dəyişib.

Modern.az xəbər verir ki, Əbdül  Əlizadə  2012-ci ildən bəri uzun müddət idi infarkt və plevrit diaqnozlarından əziyyət çəkib.

Ə.Əlizadə 1932-ci ildə Şuşada anadan olub. Prezident təqaüdünə layiq görülən alim ömrünün 55 ilini Azərbaycan Dövlət Pedoqoji Universitetinə və psixologiya elminə həsr edib.

Azərbaycanda metodiki psixologiyanın banilərdindən olan Ə.Əlizadənin oğlu professor Hikmət Əlizadə hazırda Bakı Dövlət Universitetində Sosial elmlər və psixologiya fakültəsinin dekanıdır.

Elmin NURİ 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı