Ürəyindəki problem səbəbindən müalicə məqsədilə təcili olaraq Türkiyəyə aparılan Fikrət Qoca fevral ayının 21-də Bakıya qayıdıb. Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın Modern.az-a bildirdiyinə görə, Fikrət Qocanın səhhəti yaxşılaşıb və bir müddət sonra işə qayıdacaq.
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca ürəyində yaranan problem səbəbindən təcili Türkiyəyə aparılmışdı.
Ulduz İBRAHİMOVA