Azərbaycanın maliyyə naziri, İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının həmsədri Samir Şərifov ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə görüşdə Azərbaycanın hazırkı sosial-iqtisadi vəziyyəti və qazanılmış uğurlar barədə geniş məlumat verən Samir.Şərifov Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Səfir Robert Sekuta diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə maliyyə, regional əməkdaşlıq, enerji, investisiya və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Nazir Samir Şərifov səfir Robert Sekutaya diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Modern.az