Maştağa sakininin evindən odlu silah və ona aid vasitələr aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ramiz Süleymanovun Maştağa qəsəbəsindəki evindən “AK-74” markalı silah, 2 patron darağı və 53 ədəd patron aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma aparılıb.
Modern.az