Modern.az

Keçmiş birinci ledi 20 il həbsxanada yatacaq

Keçmiş birinci ledi 20 il həbsxanada yatacaq

Təhsil

10 Mart 2015, 11:23


Fil Dişi Sahilində məhkəmə ölkənin keçmiş birinici ledisi Simona Qbaqboyu 20 il müddətinə azadlıqdan məhrum edib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Qbaqbo 2010-2011-ci illərdə 3 min insanın ölümünə səbəb olan siyasi böhran zamanı ölkənin milli təhlükəsizliyini təhlükə altına almaqda ittiham olunur. 2014-cü ilin sonlarından davam edən məhkəmə prosesində Qbaqbonun günahı  tam sübut olunub və 65 yaşlı keçmiş birinici lediyə 20 il həbs cəzası verilib.

2010-cu ilin noyabrında 10 il ərzində Fil Dişi Sahilinin prezidenti səlahiyyətlərini icra edən Loran Qbaqbo seçkilərdə Assalan Uattareyə məğlub olsa da, postunu təhvil verməkdən imtina etmişdi. O, yalnız qanlı toqquşmalardan sonra 2011-ci ilin mayında təslim olub. 2015-cü il iyulun əvvəllərində Loran Qbaqbonun beynəlxalq cinayət məhkəməsində mühakiməsi başlanacaq. Onun xanımı Simona Qbqaqbo isə 2012-ci ilin noyabrında həbs olunub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı