Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Education

19 Mart 2015, 13:15



Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Novruz bayramı günlərində Azərbaycanda qeyri-sabit hava şəraiti hökm sürəcək.
Belə ki, martın 20-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 7-9 dərəcə isti olacaq.

Martın 20-də Azərbaycanın rayonlarında əsasən yağış, dağlıq və dağətəyi rayonlarda isə sulu qar və qar yağacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti, gündüz 0-4 dərəcə isti olacağı gözlənilir.

Martın 21-də isə əksər rayonlarda əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Yağıntılar tədricən kəsiləcək. Həmin gün rayonların əksəriyyətində havanın yağmursuz olacağı gözlənilir. Temperaturda isə mühüm dəyişiklik gözlənilmir.


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı