Modern.az

Yanukoviçin oğlu faciəvi şəkildə ölüb

Yanukoviçin oğlu faciəvi şəkildə ölüb

تحصیلات

22 Mart 2015, 17:00


Ukraynanın sabiq prezidneti Viktor Yanukoviçun kiçik oğlu, Viktor Yanukoviç Rusiyada faciəvi şəkildə həlak olub.

Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, sabiq prezidentin oğlunun da olduğu mikroavtobus buz bağlamış Baykal gölünün üzərinə çıxıb. Nətəcədə buz çatlayıb, mikroavtobus batıb, sükan arxasında olan kiçik Viktor Yanukoviç həlak olub. 

Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə nümayəndəliyindən hadisəni təsdiq edib. İdarədən bilrilib ki, batmış mikroavtobus xüsusi işarələrə məhəl qoymadan qadağan olunmuş ərazidə buzun üzərinə çıxıb.

Viktor Yanukoviç atası hakimiyyətdə olduğu dönəmlərdə bir neçə məsul vəzifədə çalışıb, Ukrayna parlamentində təmsil olunub.

Yeganə OQTAYQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı